Paşinyan Putinlə danışdı – Sərhəddəki gərginlik müzakirə olundu

Paşinyan Putinlə danışdı – Sərhəddəki gərginlik müzakirə olundu

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonda Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib.

Aktual.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan vurğulayıb ki, sərhəddə vəziyyətin nisbətən sakit olmasına baxmayaraq, gərginlik qalmaqdadır.

İki ölkə lideri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrasına dair məsələləri müzakirə ediblər.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, sərhəddə genişmiqyaslı təxribatlar törədib. Nəticədə Azərbaycanın 71 hərbçisi şəhid olub.

Ordumuzun  düşmənə cavabı sərt olub, Ermənistan tərəfi rəsmi olaraq 105 hərbçisinin öldüyünü etiraf edib.


Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR