Paşinyan istintaqda DİNDİRİLDİ

Paşinyan istintaqda DİNDİRİLDİ

Ermənistanın baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib.
 
Aktual.az "Azadlıq radiosu"nun erməni xidmətinə istinadən xəbər verir ki, bu barədə komitədən bildirilib.
 
Məlumata görə, 2022-ci il mayın 4-də Ermənistanın bir qrup yüksək rütbəli məmurunun 44 günlük İkinci Qarabağ müharibəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlayıb.

Proses İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin Xüsusilə mühüm işlərin araşdırılması şöbəsində davam etdilir.
 
İdarənin rəhbəri Rafael Vardanyanın sözlərinə görə, müharibədə ölən hərbçilərin yaxınları N.Paşinyanın dindirilməsini və istintaqa cəlb olunmasını tələb ediblər.

Xəbər 599 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR