Masada vacib bir məsələ vardı: tərəflər Praqada dördtərəfli görüş, eləcə də Brüssel danışıqları zamanı əldə edilmiş razılaşmaları təsdiqləyəcəklərmi? Ümumiləşdirsək, qeyd etmək olar ki, tərəflər bu razılaşmalara sadiq qalırlar.
Aktual.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə Prezident İlham Əliyevlə keçirdiyi görüşün nəticələri barədə erməni diasporuna məlumat verərkən deyib.
"Xarici işlər nazirlərinin tezliklə görüşməsi, bundan sonra sərhədlərin demarkasiyası ilə bağlı görüşün də baş tutması razılaşdırılıb. Ümumiyyətlə, əldə olunmuş razılaşmalara əməl olunarsa, o zaman razılaşmaların həyata keçirilməsi sərhəddəki gərginliyin azaldılmasına kömək edər, bir daha deyirəm, razılaşmalara əməl olunarsa. Biz öz tərəfimizdən, əlbəttə ki, bu razılaşmalara əməl etməkdə qərarlıyıq”, - Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, xarici işlər nazirlərinin görüşü sülh müqaviləsinin mətni üzrə gələcək müzakirələrə və razılığa həsr olunmalıdır:
"Əlbəttə ki, sülh sazişinin bir sıra maddələri razılaşdırılıb, lakin bir sıra əsas maddələr hələ də razılaşdırılmayıb. Bu istiqamətdə işlər aparılmalıdır və biz bu işi həyata keçirməyə razılaşdıq”.
Xəbər 318 dəfə oxunub.