Paşinyan Əliyevlə “mübahisəyə” bu məqsədlə girdi - Tevanyan

Paşinyan Əliyevlə “mübahisəyə” bu məqsədlə girdi - Tevanyan

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında vasitəçi formatından kənarlaşdırılıb.
Aktual.az xəbər verir ki, bunu erməni deputat Andranik Tevanyan deyib.
"Vaşinqtonda və Brüsseldə Qarabağın Azərbaycanın ərazisi olduğu elan edilib. Bundan sonra Azərbaycan Prezidenti ilə polemikaya girməyin bir məqsədi var – Rusiya danışıqları və Moskvanın vasitəçiliyini uğursuzluğa düçar etmək. Moskvanın vasitəçiliyi İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı andan başa çatacaq. Moskvada danışıqlar yox, sadəcə, görüş olub, Paşinyan Əliyevin nədən danışdığını başa düşmədiyini deyəndə, əslində, yalan danışırdı, çünki Əliyev 2022-ci il oktyabrın 6-da razılaşdırılanlardan bəhs edirdi”, - o bildirib.
Xəbər 164 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR