Paşinyan “Arsax respublikası”nı “Qarabağ erməniləri” ifadəsi ilə ƏVƏZ EDİR

Paşinyan “Arsax respublikası”nı “Qarabağ erməniləri” ifadəsi ilə ƏVƏZ EDİR

Ermənistanda hakim partiyanın "Vətəndaş müqaviləsi” fraksiyası mətnlərdən "Arsax respublikası” ifadəsini çıxarıb və "Qarabağ erməniləri” ifadəsi ilə əvəz edib.
Aktual.az xəbər verir ki, bu barədə dekabrın 2-də jurnalistlərə müsahibəsində "Ermənistan” blokunun deputatı İşxan Saqatelyan bildirib. Partiyanın deputatları parlamentdə Qarabağ və Ermənistanla bağlı bəyanatın qəbuluna səs verməyəcək.
O izah edib ki, müxalifətin hazırladığı bəyanat layihəsində Qarabağın öz müqəddəratını təyin etməsindən, Qarabağın "status”undan, eləcə də Ermənistanın öhdəliklərindən bəhs edilir.
"Hakim partiyanın fraksiyası bəyanatın mətnindən "Arsax respublikası” ifadəsinin çıxarılmasını və "Qarabağ erməniləri” ifadəsi ilə əvəz edilməsini təklif edib. Bundan əlavə, onlar mətndən öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi və Ermənistanın öhdəlikləri ilə bağlı bəndləri çıxarıblar”, – Saqatelyan deyib.(konkret.az)


Xəbər 231 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR