Parlamentdə daha 12 parlamentlərarası işçi qrupu yaradıldı - siyahı

Parlamentdə daha 12 parlamentlərarası işçi qrupu yaradıldı - siyahı

Parlamentin iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirə olunaraq qəbul edilib. Layihəyə əsasən, Milli Məclisdə 12 yeni parlamentlərarası işçi qrupu yaradılır.

Belə ki, Aydın Hüseynovun Azərbaycan-Banqladeş, Elşən Musayevin Azərbaycan-Brundi, Rəşad Mahmudovun Azərbaycan-Efiopiya, Afət Həsənovanın Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun Azərbaycan-Qvatemala, Rəfael Hüseynovun Azərbaycan-Livan, Ramil Həsənin Azərbaycan-Nepal, Emin Hacıyevin Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin Azərbaycan-Panama, Cavid Osmanovun Azərbaycan-Sudan və Elman Nəsirovun Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilmələri təklif edildi.

Deputatlar parlamentin beynəlxalq fəaliyyətinin daha da aktivləşdirilməsi və uğurlu nəticələr naminə bu addımın atılmasını təqdir etdilər. Müzakirələrdən sonra qərar layihəsi qəbul olundu.(musavat)


Xəbər 506 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR