Parisin mərkəzi ayda bir dəfə avtonəqliyyat üçün bağlı olacaq

Parisin mərkəzi ayda bir dəfə avtonəqliyyat üçün bağlı olacaq
  • DÜNYA

Fransanın paytaxtı Parisin mərkəzi ayda bir dəfə avtonəqliyyat üçün bağlı olacaq.


Aktual.az Trend-ə istinadən bildirir ki, şəhərin meriyası mərkəzi küçələrin avtonəqliyyat üçün bağlı olması üzrə eksperiment keçirib və şəhər sakinləri bu təşəbbüsü dəstəkləyib.

Beləliklə, oktyabrın 7-dən başlayaraq şəhərin mərkəzi küçələri hər ayın ilk bazar günü avtonəqliyyat üçün bağlı olacaq.

Avtonəqliyyatın hərəkəti Site və Sen-Lui adalarında, Şatle meydanında, Luvr, Opera Qarnye rayonlarında, Mare və Yelisey çölləri məhəllələrində dayandırılacaq. Lakin bir neçə mərkəzi yollarda avtomobillər hərəkət edə biləcək.

 
Aktual.az 
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR