Pan Gi Mun Azərbaycana gələcək

Pan Gi Mun Azərbaycana gələcək

BMT-in baş katibi Pan Gi Mun Azərbaycanda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün ölkəyə səfər edəcək.

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazirin sözlərinə görə, Pan Gi Mun Bakıya xüsusi proqram çərçivəsində gələcək. Baş katibin proqramının təsdiqlənməsi üçün yaxın 10 gündə Bakıya xüsusi nümayəndə heyəti gələcək. 

"Pan Gi Munun Azərbaycana gəlişi ölkənin xarici siyasəti üçün əlamətdar hadisə hesab edilir", - deyə nazir bildirib.

Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda aprelin 25-27-də keçiriləcək.

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR