Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Azərbaycana səfərə gələcək.

MN-dən Aktual.az-a verilən məlumata görə, səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər noyabrın 24-dək davam edəcək.

Aktual.az
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR