Pakistanın Baş naziri ilk dəfə İrana rəsmi səfər edəcək

Pakistanın Baş naziri ilk dəfə İrana rəsmi səfər edəcək

Pakistanın Baş naziri İmran Xan aprelin 21-də ilk dəfə İrana ikigünlük rəsmi səfər edəcək.

"Report” xəbər verir ki, məlumatı İran KİV-i yayıb.
Bildirilib ki, səfər zamanı o, İranın ali rəhbəri Seyid Əli Xamənei və ölkə Prezidenti Həsən Ruhani ilə görüşəcək. İmran Xanın keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələrə dair məsələlərin, regional və beynəlxalq vəziyyətin müzakirə olunacağı gözlənilir.
Onu İrana səfərində Maliyyə, İnsan Hüquqları, Dənizçilik və Əyalətlərin Koordinasiyası nazirləri, həmçinin ticarət məsələləri üzrə müşavirlər müşayiət edəcəklər.
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR