Pakistan səfiri: Ermənistanı rəsmi dövlət kimi tanımırıq

Pakistan səfiri: Ermənistanı rəsmi dövlət kimi tanımırıq

"Təəssüf ki, Kəşmir və eyni zamanda, Dağlıq Qarabağ problemləri ilə bağlı BMT-nin qətnamələri yerinə yetirilmir".

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand Kəşmir hadisələrinin növbəti ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Səfir qeyd edib ki, Pakistanın Kəşmir problemi ilə Azərbaycanın Dağlıq Qarabağ problemi çox oxşardır: "Qarabağ ərazisi də Kəşmir regionu kimi işğal olunub. Bu, insan faciəsidir. Bizim oxşar qaçqın problemlərimiz var. Bu, bizim üçün yalnız ərazilərin problemi deyil, həm də insan hüquqlarının pozulması problemidir."
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edərkən Pakistan səfiri Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü müsbət qarşılayıb, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.
 
Aktual.az
Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR