Çox saqqız çeynəyənlərin diqqətinə

Çox saqqız çeynəyənlərin diqqətinə

Saqqız çeynəməyin gənclərdə baş ağrıları və miqrenə səbəb olduğu məlum olub. Xroniki baş ağrıları olan və gündə 1-6 saat saqqız çeynəyən gənclər arasında aparılan araşdırmaların nəticəsində belə qənaətə gəlinib.

Aktual.az deyerler.org-a istinadən bildirir ki, alimlər gənclərdən 1 ay ərzində saqqız çeynəmələrini istəyib. Saqqız çeynəməyi bir müddət tərk edənlərin baş ağrılarının tamamilə itdiyi, bəzilərininkinin isə müntəzəmliyinin və şiddətinin azaldığı müşahidə edilib.

Yenidən saqqız çeynəməyə başlayan gənclərin qısa müddətdən sonra baş ağrıları yenidən başlayıb. Nəticədə saqqız çeynəyərkən alt çənə oynağının çox işləməsi və yorulmasının baş ağrılarına səbəb ola biləcəyi açıqlnanıb. Alimlər
xroniki baş ağrılarından əziyyət çəkənlərə saqqız çeynəməməyi tövsiyə edir. 

Xəbər 716 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR