Ov mövsümü başladı: nəyi və neçə dənə ovlamaq olar? - CƏDVƏL

Ov mövsümü başladı: nəyi və neçə dənə ovlamaq olar? - CƏDVƏL

Azərbaycan ərazisində 2017-2018-ci illərin ov mövsümü açıq elan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən bildirilib ki, 2017-2018-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgü cədvəlləri hazırlanıb.

Respublika ərazisində 2017-2018-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:

Ov obyekti olan vəhşi heyvan və quş növləri

Ovlanma müddəti

Adambaşına 1 dəfəlik norma

Dağıstan turu (təkə)

27 may 2017-ci il-

14 oktyabr 2017-ci il

1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)

Qaban (çöl donuzu)

16 sentyabr 2017-ci il -

16 dekabr 2017-ci il

1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)

Dovşan

11 noyabr2017-ci il –

13 yanvar 2018-ci il

2 baş

Bataqlıq qunduzu (nutriya)

07 oktyabr2017-ci il -

17 fevral 2018-ci il

(volyerlərdə saxlamaq üçün)

Nutriya təsərrüfatları olan təşkilatlar

Cüllüt (ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla)

16 sentyabr 2017-ci il –

11 noyabr 2017-ci il

6 ədəd

Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla )

14oktyabr 2017-ci il –

10 mart 2018-ci il

1 ədəd

Ördək (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla)

14oktyabr2017-ci il –

10mart 2018-ci il

4 ədəd

Qaşqaldaq

14oktyabr2017-ci il –

10mart 2018-ci il

6 ədəd

Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət oluna bilər.

 
Aktual.az
Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR