Orqan bağışlamaq günahdırmı? - İlahiyyatçı rəyi

Orqan bağışlamaq günahdırmı?   - İlahiyyatçı rəyi

“Qurani-Kərimdə buyrulur ki, bir insanı yaşatmaq bütün bəşərə həyat vermək deməkdir”.

Aktual.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında ilahiyyatçı-alim Elşad Miri ölümündən sonra orqanların bağışlanmasıyla bağlı məsələyə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, bir insan vəfat etdikdən sonra onun orqanlarından istifadə edilməsi daha doğrudur: “Niyə torpağa qarışıb çürüyüb getsin ki!? Ona görə də bu, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün belə məsələlərlə bağlı dövlətin özünün proqramı olarsa, mən də onu dəstəkləyərəm. Yetər ki, bu məsələdə sui-istifadə olunmasın”. 

E.Miri qeyd edib ki, özünü sələfi adlandıranlar buna etiraz edir: “Onlar deyirlər ki, Allahın insana verdiyi bədən əmanətdir. Ona görə onu başqasına vermək olmaz. Bu, doğru yanaşma deyil. Orqanların bağışlanması yeni qohumluq əlaqələrinin çoxalmasına gətirir. Dində bunu heç kəs qadağa edə bilməz”.

Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR