Orban Macarıstandakı postunu qorudu, müxalifət seçkini uduzdu

Orban Macarıstandakı postunu qorudu, müxalifət seçkini uduzdu

Macarıstanda keçirilən parlament seçkilərinin nəticələrinə göə, hakim FİDES partiyası parlamentdə yerlərin çoxluğunu qoruyub saxlayacaq

Qaynarinfo xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin 85 faizinin araşdırılması nəticəsində FİDES partiyası səslərin 53,71 faizini toplayıb. Eyni zamanda, "Macarıstan naminə ittifaq” müxalifət bloku hələ ki, 34,41 faiz səs toplanması ilə öyünə bilər. "Bizim ev” partiyası hələlik 6,31 faiz qazanıb.

Beləliklə, FİDES parlamentdə 135 səsə, yəni konstitusiya çoxluğuna sahib olmaq şansı əldə edir.

Macarıstanın müxalifət blokunun lideri Peter Marki-Zay da parlament seçkilərində Viktor Orbanın başçılıq etdiyi FİDES partiyasının qələbəsini etiraf edib.

"Mən məyusluğumu və kədərimi gizlətmək istəmirəm. Biz belə nəticə gözləmirdik”, - deyə şəhər parkında öz tərəfdaşları qarşısında çıxış edən Peter Marki-Zay səsvermənin nəticələrinə etirazını bildirməyəcəyini vurğulayıb.

Seçkilərin nəticələrinə əsasən 199 nəfər deputat seçiləcək. 
Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR