Oqtay Şirəliyev koronavirusla bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi

Oqtay Şirəliyev koronavirusla bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi

"Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib". 

Aktual.az  "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev deyib. 
O bildirib ki, yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar: "Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək".

Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR