Oqtay Əsədov Zahid Orucla bağlı ölçü götürülməsi üçün tapşırıq verdi

Oqtay Əsədov Zahid Orucla bağlı ölçü götürülməsi üçün tapşırıq verdi

Millət vəkili Zahid Orucla bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün spiker Oqtay Əsədov İntizam Komissiyasının sədri Ağacan Əbiyevə tapşırıq verib.

O. Əsədov komissiyanın iclasında Z. Orucun bu gün Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb.

Qeyd edək ki, MM-in bugunkü iclasında spikerlə deputat arasında mübahisə yaranıb. O. Əsədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı mövzuya uyğun danışmamasını Z. Oruca irad tutub, deputat isə yerindən danışaraq ona cavab qaytarıb.

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR