Oqtay Əsədov: "Onlar özləri kölgədədir"

Oqtay Əsədov:

"Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində bütün dünya ölkələrindən Azərbaycana dəstək gəlir".

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçirilən plenar iclasda deyib.

O qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatından da Azərbaycana çox böyük dəstək gəldi: "Bu Azərbaycan prezidentinin apardığı siyasətin nəticəsi və ordumuzun gücünün göstəricisidir. Amma təəssüflər olsun ki, bəzi mətbuat orqanları xoşa gəlməyən yazılar yazır və Azərbaycanın bu uğurlarına kölgə salmağa çalışırlar. Bu da bəllidir ki, onlar antimilli qüvvələrin dəyirmanına su tökənlərin işidir".

S.Novruzov bildirib ki, cəbhə xəttində son hadisələr zamanı Azərbaycan xalqı göstərdi ki, Ali Baş Komandanla, Ordu ilə bir yerdədir: "Milli Məclisin deputatları da şəhidlərimizin dəfnində yaxından iştirak etdilər. Ancaq bəzi mətbuat orqanları yalan yazmaqla buna kölgə salmağa çalışır".

S.Novruzov bildirib ki, müvafiq qurumlar həmin mətbuat orqanları ilə əlaqədar iş görməlidir.

Milli Məclisin spikeri Oqtay Əsədov isə bildirib ki, həmin mətbuat qurumları özləri kölgədədir: "Çox təəssüf ki, ABŞ mətbuatında Ermənistanın işğalı haqqında bir məqalə çıxdı, amma həmin mətbuat orqanları bununla bağlı bir cümlə də yazmadı".

Xəbər 561 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR