OPEK-dən neftin qiyməti ilə bağlı – PROQNOZ

OPEK-dən neftin qiyməti ilə bağlı – PROQNOZ

OPEK təşkilatına üzv olan ölkələrin neftinin orta qiyməti 2040-cı ilə qədər nominal ifadədə 155 dollar/barelə (2015-ci ilin qiymətləri ilə 92 dollar/barel) yüksələ bilər. 

Aktual.az-ın məlumatına görə, "Report”un "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə OPEK-in 2040-cı ilə qədər neft bazarı ilə bağlı hazırladığı hesabatda (World Oil Outlook) deyilir.

Sənəddə, həmçinin qeyd olunub ki, 2016-cı ildə OPEK neftinin orta qiyməti 40 dollar/barel təşkil edəcək və 2021-ci ilə qədər hər növbəti ildə 5 dollar/barel artım göstərərək nominal ifadədə 65 dollar/barelə (2015-ci ilin qiymətləri ilə 60 dollar/barel) çatacaq. "Bu ehtimallar neft bazarında vəziyyətin tədricən yaxşılaşmasına əsasən verilib”, - deyə hesabatda bildirilib.

Kartelin ekspertləri hesab edirlər ki, bu qiymətləndirmələr proqnoz deyil və OPEK ölkələrinin arzuladığı neft qiymətləri hesab edilməməlidir: "Bu, sadəcə, ehtimallardır və bunun əsasında OPEK-in analitikləri proqnozlar hazırlayırlar”.

Qeyd edək ki, OPEK nefti təşkilata üzv olan ölkələrin bütün neft markalarının bazar qiymətinin orta arifmetik qiyməti hesab olunur.
 
Aktual.az
Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR