Opeci əvəz edən yeni alyans yaranır

Opeci əvəz edən yeni alyans yaranır

Venesuelanın Prezidenti Nikolas Maduro neft hasilatçısı olan ölkələrin yeni alyans yaradacaqlarına ümid etdiyini bildirib. 

Oktyabrın 9-13-də İstanbulda (Türkiyə) keçirilən XXIII Beynəlxalq Energetika Forumunda bildirilib ki, yeni alyansın OPEC-dən daha çox ölkəni əhatə edəcəyi gözlənilir. 

Venesuela prezidenti mövzu ilə əlaqədar hasilatçı ölkələrin oktyabrın 12-də toplanacağını bildirib. N.Maduro həmçinin OPEC üzvü olan ölkələrin bu görüş zamanı hasilatı azaltmaq barədə razılığa gələcəklərini gözlədiyini söyləyib.

Qeyd edək ki, bu xəbər "Brent" markalı neftin qiymətini 53 dollar/barelə yüksəldib. 
Xatırladaq ki, bir neçə saat əvvəl Rusiya Prezidenti V.Putin neft hasilatını azalda biləcəklərini vurğulayıb. //Report

Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR