Olimpiyaçılarımız musiqi ilə qarşılanmayacaqlar

Olimpiyaçılarımız musiqi ilə qarşılanmayacaqlar
  • İDMAN

"Rio-2016"da iştirak etmiş Azərbaycan nümayəndə heyətinin qarşılanması zamanı şən musiqi ifaları səsləndirilməyəcək.

Aktual.az bildirir ki, bu barədə "Report"a qarşılanma mərasiminin təşkilatçısı olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məlumat verib. 

Onun sözlərinə görə, bu gün Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü olduğundan qarşılanma zamanı yalnız hərbi musiqilər ifa edilə bilər: "Qarşılanma mərasimində idmançıların ailələri, dostları və yaxınlarından əlavə, bizim tərəfimizdən təxminən 300-500 nəfər olacaq. Hava limanından Mərkəzi Bankın önünə yollanaraq, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əklil qoyacağıq".

Qeyd edək ki, nümayəndə heyətinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enişi saat 18:20-yə planlaşdırılsa da, Rio-de-Janeyro aeroportunda sıxlıq olduğundan, təyyarənin Bakıda 4 saat gec olacağı gözlənilir.

Xəbər 576 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR