Növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında deyib ki, mayın 3-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi qərb rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var: "Növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir".
Onun sözlərinə görə, mayın 4-ü gündüzdən etibarən hava şəraitinin arabir yağışlı olacağı gözlənilir.
Direktor qeyd edib ki, növbəti iki-üç gündə ölkə ərazisində şərq küləyi əsəcək.
 
Aktual.az
Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR