Novruz tonqalı "Formula 1" trekinə təhlükə yaratdı

Novruz tonqalı

Bakıda Novruz bayramı ərəfəsində Qoşa Qala qapısı ətrafında keçirilən tədbirlər "Formula 1" trekinə müəyyən təhlükə yaradıb.

Aktual.az  xəbər verir ki, Formula 1-in tikinti işləri üzrə rəhbəri Tom Butçer Trend-ə bildirib ki, bayram şənlikləri zamanı trekin Qoşa Qala qapısının yanından keçən hissəsində tonqal qalanmışdı:
"Burada tonqal qalanacağını nəzərə almamışdıq. Hər birimiz, o cümlədən Bakı sakinləri "Formula 1" trekini yarışa hazır vəziyyətdə saxlamalıyıq".
O, həmçinin bildirib ki, yarışla bağlı tikinti işlərinə artıq start verilib:
"Biz tikinti işlərini şəhər sakinlərinə və qonaqlara maneçilik törətmədən aparmağa çalışırıq. Artıq tribunaların quraşdırılmasına başlanılıb. "Hazırda "Abşeron" və "Xəzər" tribunaları quraşdırılır, eləcə də digər tribunaların quraşdırılması davam etdirilir".
 
Aktual.az
Xəbər 506 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR