Normadan çox yük daşıyan maşınlar YENİ QAYDALARLA yoxlanılacaq

Normadan çox yük daşıyan maşınlar   YENİ QAYDALARLA yoxlanılacaq

Azərbaycanda iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası dəyişdirilir.
 
Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ parlamentin iyunun 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
 
Məcəllənin 127-1.4-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, saxlanmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri müvafiq icra hakimiyyəti orqanının əməkdaşının və saxlanmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşı tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.
 
Qeyd edək ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsində bu tələb belə göstərilir: “Saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür”. (Trend)
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR