Niyaməddin Orduxanlı: “Azay Quliyev QHT-lər üçün mükəmməl SƏLİS xidməti yaradıb”

Niyaməddin Orduxanlı: “Azay Quliyev QHT-lər üçün mükəmməl SƏLİS xidməti yaradıb”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hörmətli sədri Azay Quliyevin təşəbbüsü ilə yaradılan SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemindən istifadə etdik.

Çox mükkəməl və asan xidmət yaradılıb. Bu fikirləri Bələdiyyələrin İnkişafına Yardım İctmai Birliyinin sədri Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, 2 dəqiqə ərzində müqavilənin imzalanmasıl prosesi aparıldı. Bu fikirləri Avrasiya.net saytına açıqlamasında QHT sədri Niyaməddin Orduxanlı bildirib.

Təşkilat rəhbəri əlavə edib ki, "Şura əməkdaşları müqaviləyə qədər yalnız elektron yazışmalar aparıldı. Həddindən artıq yüksək xidmər göstərilir. Həm Elnur müəllimin, həm kuratorum Orxan müəllimin, həm də mühasibatlıqla çalışan Toğrul Turabovun fəaliyyətini çox yüksək qiymətləndirirəm. İnanın ki, yüksək səviyyədə xidmətlər göstərirlər. Opirativlik var. Şuraya getmədən iş otağında elektron yazışmalarla mövcud problemlər aradan qaldırılır. 

Təsəvvür edin ki, buna qədər hər il ölkə üzrə 700-800 QHT qalib olurdu. Birinci mərhələdə azı 400 QHT müqavilə bağlamaq üçün Şuraya müraciət edirdi. Bir gün ərzində növbələr yaranırdı. Heç bir QHT öncədən növbə götürmürdü. Qarşılıqlıq yaranırdı. Bəzən saatlarla Şurada gözləməli olurduq. Ancaq indi isə Şuraya getməmişdən qabaq əvvəlcədən elektron növbə götürlür və Şura daxil olduqdan sonra hazırlanmış müqaviləyə imzalanıb, möhürlənir. Bütün bu proses də cəmi 2 dəqiqə çəkmir. Təbii ki, bütün bunlar QHT üçün yaradılmış yüksək xidmətdir. 

Buna görə də fürsətdən istifadə edib QHT Şuranın rəhbəri, dəyərli millət vəkilimiz Azay Quliyevə QHT adından dərin minnətdarlığımı bildirirəm. Çox sağ olsun!”
Xəbər 162 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR