Nikol Paşinyan sabah İrana gedir

Nikol Paşinyan sabah İrana gedir
  • DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla birgə fevralın 27-də İrana ikigünlük səfərinin gündəliyi açıqlanıb.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı hökumətin Mətbuat xidməti yayıb.
Bildirilib ki, İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamənei səfər çəçirvəsində onu qəbul edəcək. O, daha sonra İran Prezidenti Həsən Ruhani ilə görüşəcək. Tərəflər görüşün yekununda mətbuat konfransı keçirəcək.
Baş nazirin şərəfinə ziyafət veriləcək. Bundan sonra Nikol Paşinyan İran parlamentinin sədri Əli Laricani ilə görüşəcək. O, fevralın 27-də Tehranda "Ararat” İdman-Mədəniyyət Mərkəzində yerli erməni icmasının nümayəndələri ilə görüşəcək. Fevralın 28-də isə Nikol Paşinyan İsfahana səfər edəcək. Orada yerli hökumət başçısı və erməni icmasının nümayəndələri ilə görüşəcək. 
Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR