Nikol Paşinyan növbəti dəfə aksiyaları dayandırmağa çağırıb

Nikol Paşinyan növbəti dəfə aksiyaları dayandırmağa çağırıb

"Mövcud hökumətə qarşı vətəndaş itaətsizliyi aksiyası öz-özlərinə qarşı çıxmaq, yaxud sabotajdır”.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan "Facebook” səhifəsində yazıb.
"Vətəndaş itaətsizliyi ilə bağlı bütün aksiyaların dayandırılması haqqında çağırışımı bəzilərinin lazımi səviyyədə anlamamasını başa düşmürəm. Mövcud hökumətə qarşı keçirilən vətəndaşı itaətsizliyi aksiyası öz-özlərinə qarşı çıxmaq, yaxud sabotajdır. Xalqa və hökumətə qarşı sabotaj xarakteri daşımayan aksiyalar istisna olmaqla bütün etiraz tədbirlərini dayandırmağa çağırır və tələb edirəm”, - deyə Ermənistan hökumətinin başçısı bildirib.
Qeyd edək ki, o, mayın 17-də ölkədə keçirilən bütün vətəndaş itaətsizliyi aksiyalarını dayandırmağa çağırmışdı. 
 
Aktual.az
Xəbər 189 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR