Nihad Allahyarlı: «Konsitutsiyaya təklif olunan dəyişikliklər Azərbaycan vətəndaşlarının maraqlarına xidmət edir»

Nihad Allahyarlı: «Konsitutsiyaya təklif olunan dəyişikliklər Azərbaycan vətəndaşlarının maraqlarına xidmət edir»

«Azərbaycan Konsitutsiyasına təklif olunan dəyişikliklər müasir dövrün tələblərinin ortaya çıxardığı sosial sifarişdir. Bu dəyişikliklər Azərbaycanda insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə qorunmasını, dövlət idarəçilik insitutlarının fəaliyyətinin təkmilləşdirilməsini, sosial siyasət konsepsiyasının ədalətli formada icrasını özündə ehtiva edir».
 
Bu sözləri «Bələdiyyə» Referendum üzrə Təşviqat Qrupunun vəkili Nihad Allahyarlı Azərbaycanda keçiriləcək referendumla bağlı danışarkən deyib. O qeyd edib ki, Konsitutsiyasına təklif olunan hər bir dəyişiklik Azərbaycan vətəndaşlarının və dövlətinin maraqlarına xidmət etməklə, sürətlə inkişaf edən Azərbaycanın gələcək böyük uğurlarının hüquqi əsasını möhkəmləndirməyə hesablanıb: «Bu mənada Konsitutsiyasına təklif  olunan dəyişikliklərin 60%-dən çoxunun insan hüquq və azadlıqlarını, insan ləyaqətinin qorunmasını əhatə etməsi təsadüfi sayıla bilməz. Nəzərdə tutulan dəyişikliklərdə vitse-prezidentin institutunun yaradılması idarəetmədə yeni çevik və effektiv mərhəlinin əsasını qoyacaqdır. Aşağı yaş senzinin götürülməsi də Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu dövlət gənclər siyasətinin məntiqi davamıdır. Bu dəyişikliklərlə gənclər dövlətin idarə edilməsində daha yaxından və aktiv şəkildə iştirak edəcəklər».
 
Nihad Allahyarlı vurğulayıb ki, Konsitutsiyasına təklif olunan digər dəyişikliklər sahibkarlığın, dövlətimiz üçün strateji xarakter daşıyan aqrar sektorun inkişafını hədəfləməklə, Azərbaycanın inkişafına yeni mühüm bir dövrün başlanğıcı kimi qiymətləndirilməlidir.
Xəbər 591 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR