Ümummilli Lider Heydər Əliyev ahıllara, əlillərə və müharibə veteranlarına həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır və əmək və müharibə veteranlarına, ahıllara xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ahıllara, müharibə veteranlarına göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan ahıl vətəndaşların, xüsusi ilə veteranların, şəhid ailələrinin, əlillərin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir.
Ahıllara, müharibə və əmək veteranlarına dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən də bir sıra tədbirlər keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər keçirilir, onların istək və təklifləri nəzərə alınır, yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və yaşlı insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
Ahıllar günü münasibətilə rayonun bir qrup ahıl və qocaman
sakinlərinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Novxanı qəsəbəsində
yerləşən Flora Klubda bir günlük istirahətləri təşkil edilmişdir. Rayonun ahıl
sakinləri xüsusi avtobusla Novxanı qəsəbəsinə gəlmişlər. Onlar Novxanıda yerləşən
Flora Klubda olmuş, bu bağda yetişdirilən çoxsaylı bitki və güllərlə yaxından
tanış olmuşlar. Tədbirdə iştirak edən 100
nəfərdən artıq ahıl və qocaman rayon sakini birlikdə nahar etmiş və
dincəlmişlər.
Nahar süfrəsi arxasında davam
edən görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini
Gülarə Verdiyeva ahılları, qocaman rayon sakinlərini salamlamış, Prezident
İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın ahıl insanlara, qocaman
əmək və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışmışdır. TədbirdəNəsimi rayon Ağsaqqallar şurasının sədri
Aydın Heydərov çıxış edərək onlara
göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevaya minnətdarlıqlarını bildirdilər. Səmimi söhbət
zamanı ahıllar bildirdilər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq
işləri, sabitlik onları çox sevindirir. Bakı şəhərinin və regionların
günü-gündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə
keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir.