Nəsimi rayonu ərazisində genişmiqiyaslı abadlıq,
quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir.
Cari ilin may ayının 10-da 4-cü
mikrorayon ərazisində, Cavadxan küçəsinin H.Seyidzadə və M.Kazımovski küçələri
ilə kəsişməsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilmiş, sakinlərin asudə vaxtlarının səmərəli
keçirmələri üçün 0.7 ha sahədə və ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri
aparılmış, müxtəlif növ həmişə yaşıl ağaclar və gül kolları əkilmiş, mövcud
ağaclar budanmış, 1000 kv.m-dən artıq yeni qazon örtüyü və 350 kv.m –dən artıq
süni qazon döşənmiş, 500 metrdən artıq suvarma xətti çəkilmişdir.Parkda
sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri
üçün tam şərait yaradılmış, müasir işiqlandırma sistemi, 2 ədəd söhbətgah, 18
ədəd fitnes avadanlığı quraşdırılmış, 10 ədəd yeni skamyalar qoyulmuşdur.
Uşaqlar üçün hər biri 80 kv.m olmaqla 3 ədəd uşaq oyun əyləncə qurğuları montaj
olunmuş, park boyunca idman yürüşü üçün zolaq salınmışdır.
Cavadxan küçəsi boyunca 0, 03 ha sahədə əsaslı təmir və abadlıq işləri davam
etdirilərək parka əlavə olunmuş, yeni yaradılmış istirahət guşəsi sentyabr
ayının 25-də sakinlərin istifadəsinə verilmişdir. Parkda sakinlərin istirahəti,
uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait
yaradılmış, yeni avadanlıq və qurğular quraşdırılmış, əhalinin asudə vaxtlarını
səmərəli keçirilməsi və istirahəti üçün parkda yeni skamyalar qoyulmuşdur.
Bu ünvandakı uşaqların da asudə vaxtlarını maraqlı keçirmələri üçün xüsusi uşaq əyləncə avadanlıqları quraşdırılmışdır. Parkda
genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən 8 ədəd gecə işıqlandırılması sistemləri quraşdırılmış,
500 kvm qazon döşənmiş, uzunluğu 150 metr olan beton qaçış-yürüş yolu əvvəlki
parkdakı yürüş zolağına əlavə olunmuş, 1050
kvm əraziyə tamet daşları döşənmiş, 250 p.m bardür daşları qoyulmuşdur.
Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin
Başçısı Asif Əsgərov ərazinin sakinləri ilə görüşdü. Sakinlərlə görüş zamanı
Asif Əsgərov ölkəmizdə, o cümlədən Nəsimi rayonunda aparılan abadlıq, quruculuq və yenidənqurma
işlərindən danışaraq Prezident İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən layihələr barədə sakinlərə geniş məlumat verdi. Görüş zamanı sakinləri maraqlandıran suallar
cavablandırıldı, qaldırılan problemlərin operativ həlli ilə əlaqədar aidiyyatı
şəxslərə müvafiq tapşırıqlar verildi.
Sakinlər yeni parkın istifadəyə verilməsinə və ərazidə
aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə Prezident İlham
Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Xəbər 273 dəfə oxunub.