Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların
müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və
tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi,
vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli üçün lazımi tədbirlərin
görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.
Rayonda 2019-cu ilin noyabr ayının keçən
dövrü ərzində RİH başçısı Asif Əsgərov
tərəfindən 6 səyyar qəbul və görüş keçirilmişdir. 700-ə yaxın sakinin
iştirak etdiyi qəbullarda 37 müraciət dinlənilmişdir. Qaldırılan
məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ
araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə
rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, məsələlərlə bağlı vətəndaşlarla
geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil
şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış
evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin
abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların
göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.
Görüşlərdə Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da
yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilərək, sakinlər
vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və
qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Xəbər 238 dəfə oxunub.