Nəsimi rayon məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər – FOTO

Nəsimi rayon məktəbliləri

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığınaəsasən 2019-cu ilin 15-18 mart tarixlərində "Ölkəmizi tanıyaq”devizi altında məktəblilərin Naxçıvan Muxtar Respublikasına növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur.


Təsdiq olunmuş proqrama əsasən Bakı şəhər məktəbliləriNaxçıvan Muxtar Respublikasının görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzində, tarixi abidələr, tarix-diyarşünaslıq muzeyləri ilə yaxından tanış olacaqlar. Tur zamanı həmçinin şagirdlərin asudə vaxtlarının səmərəlitəşkili də nəzərə alınmışdır. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin yaddaşında əbədi həkk olunacaqdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda şagirdləri yola salan Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və Nəsimi rayonu 3 Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin konsert proqramı onlarda xoş əhval-ruhiyyə yaradıblar.

Daha sonra Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələn 180 nəfər məktəblinin qarşılanma mərasimi keçirilmişdir. Qarşılanma mərasimində Nəsimi rayonu 2 saylı Uşaq Gənclər Inkişaf Mərkəzinin rəqs kollektivinin, "Amarok” rəqs qrupunun rəngarəng milli rəqsləri və Nurayın ifasında şən mahnılar qonaqlarda xoş təəssürat yaratmışdır. Bahar qızı, Kosa və Keçəl Naxçıvandan gələn məktəblilərlə yumurta döyüşdürüb, Novruz şirniyyatlarına qonaq ediblər.

 

 





















Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR