Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti 9 noyabr – Bayraq günü
münasibəti ilə cəbhə bölgəsində, birbaşa
düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı
«N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə getmişdir.
Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərdə
olmuş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış,
əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri hədiyyələri çatdırmışlar.
Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika
və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli
görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif
Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərlərimizi təbrik etmiş,
onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayaraq
bildirdi ki, ökə başçısı cənab İlham
Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət
Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov hərbi hissənin şəxsi heyətinə
şərəfli xidmətlərində uğurlar arzulamış və ölkə başçısı Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün
Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi
bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Ali Baş Komandanın
əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün
bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir. 2016-cı ilin aprelin 2-dən
5-dək mənfur ermənilər bütün cəbhəboyu yaşayış məntəqələrimizi intensiv
atəşə məruz qoydular. Qısa müddətdə Milli Ordumuz tərəfindən həyata keçirilən
sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri
mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin
bəzi istiqamətlərində yarılaraq, strateji əhəmiyyətə malik bir neçə yüksəklik
və yaşayış məntəqələri düşməndən tam azad olundu. Goranboy rayonu və Naftalan
şəhərinə təhlükə yarada biləcək Talış kəndi və ətrafındakı
yüksəkliklər,xüsusilə "Lələtəpə” yüksəkliyi eləcə də Seysulan məntəqəsi
düşmən qüvvələrindən tam təmizləndi. Döyüşlərdə iştirak edən şəxsi heyətin
döyüş qabiliyyəti, hərbi təcrübəsi və ruh yüksəkliyi düşmənə sarsıdıcı zərbələr
endirməyə kömək etdi. Erməni silahlı
qüvvələri Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü və bu güc qarşısında
geri çəkilməyə məcbur oldu.Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev
şanlı Ordumuzun düşmənə layiqli cavabını qiyməyləndirərək söyləmişdir:
"Qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni
zamanda, daha əlverişli mövqelərə malik oldular. Bu gün təmas xəttində
Azərbaycanın üstünlüyü daha da möhkəmləndi... Biz böyük hərbi qələbəni
qazandıq. Ermənistanın ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs
rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Bunun
günahkarları onlar özləridir”
Hazırda Azərbaycan Ordusu regionun güclü
ordularındadndır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi
və qayğısı sayəsində Azərbaycan Ordusu hazırda güclü maddi-texniki bazaya
malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Bu gün Azərbaycan
Ordusu ölkəni istənilən təcavüzdən qorumağa qadirdir.
Hərbi hissə komandanlığı adından çıxış edən korpus
komandirinin şəxsi heyətlə iş üzrə
müavini, polkovnik-leytenant Babək
Səmidli şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə
məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə
Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və
Dövlət Bayrağı günü münasibəti ilə keçirilən tədbirin təşkilinə görə öz
minnətdarlıqlarını bildirmiş, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə
səngərdə xidmət edən hərbiçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol
oynadığını vurğulamışdır.
Bayram tədbirində hərbçilər tərəfindən Ali Baş
Komandan İlham Əliyevin imzası yazıldı, marş sədaları altında 100 metr
uzunlugunda Azərbaycan Bayragının keçidi təşkil olundu.
Tədbirdə xidmətdə
fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra
Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.
Sonra respublikamızın populyar müğənnilərinin - Yusif
Mustafayev və Əlikram Bayramovun iştirakı
ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil
olunmuş, gözəl ifalar əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla
qarşılanmışdır.
Nəsimi rayon məktəblilərinin Azərbaycan əsgərinə böyük
məhəbbətlə yazdıqları məktublar hərbi hissədə xidmət edən əsgərlərə
çatdırılmış, məktublar əsgərlərə xoş təəssürat bağışlamışdır.
Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi
heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.
Xəbər 887 dəfə oxunub.