Nensi Pelosi İrəvandan İrana yersiz mesaj verib - Erməni ekspertdən ETİRAZ

Nensi Pelosi İrəvandan İrana yersiz mesaj verib - Erməni ekspertdən ETİRAZ

"Heç bir halda Ermənistan ABŞ, Rusiya və İran arasında maraqların toqquşmasının mərkəzinə çevrilməməlidir. Belə yanaşma ağlabatan deyil və Ermənistanın dövlətçiliyi, erməni xalqının təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola bilər".

Aktual.az xəbər verir ki, bu fikirləri "Sputnik Ermənistan”a müsahibəsində iranşünas alim Vardan Voskanyan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərini şərh edərkən deyib.

Nensi Pelosi sentyabrın 17-19-da Ermənistanda qalıb və baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb. Müstəqil Ermənistan tarixində ilk dəfədir ki, ora belə yüksək vəzifəli amerikalı məmur gəlir. Yüksək səviyyəli Amerika nümayəndə heyətinə konqresmenlər Frank Pallone, Anna Eşu və Ceki Spier də daxil idi.

Vardan Voskanyan deyib ki, İran tərəfi ona düşmən olan dövlətin yüksək rütbəli məmurunun qonşu ölkəyə səfərinə göz yuma bilməz.
 
"ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistana səfəri ilə bağlı İran tərəfi hələ ki media vasitəsilə və ekspertlər səviyyəsində mülayim narahatlıq mövqeti nümayiş etdirib”.
 
Voskanyanın fikrincə, Ermənistan iki əsas istiqamətdə hərəkət etməli idi: ilk növbədə, ABŞ-ın Azərbaycanın hərəkətlərinə mümkün qədər sərt reaksiya verməsi və Vaşinqtondan rəsmi Bakıya göstərilən hərbi-siyasi yardımı tamamilə dayandırması.

"İkincisi, Ermənistan səylər göstərə və imkan daxilində ABŞ-ın Rusiya və İrana qarşı sanksiyalarının yumşaldılmasına töhfə verə bilər. Əgər ABŞ Ermənistanın daha yüksək subyektivliyə malik olmasının tərəfdarıdırsa, o zaman biz ABŞ, Rusiya və İranın maraqlarını müqayisə edə, tərəflərin bir-biri ilə danışacağı platformaya çevrilə bilərdik”, - iranlı ekspert qeyd edib.

Nensi Pelosinin Avarayr döyüşünü əks etdirən rəsm fonunda Qafesciyan İncəsənət Mərkəzində çıxış etməsi ilə bağlı protokol epizodunu şərh edən Voskanyan vurğulayıb ki, iranlılar bu cür simvolik siqnalları diqqətlə izləyirlər.

Ekspert deyib ki, Yaxın Şərqdə dövlətlər çox vaxt öz mövqelərini şifahi olmayan şəkildə ifadə edirlər.

"Aydındır ki, ABŞ-ın yüksək rütbəli rəsmisinin çıxışı İrana aydın mesaj vermək məqsədi daşıyırdı. Digər sual isə səfərin təşkilatçılarının bu addımı hansı məntiqlə atmasıdır.

Bunu necə adlandıracağımı bilmirəm - ehtiyatsızlıq, yoxsa hazırlıqsızlıq, amma istənilən halda Ermənistan üçüncü ölkələrin yüksək rütbəli rəsmilərinin İran əleyhinə bəyanatlar verəcəyi platformaya çevrilməməlidir", - Voskanyan bildirib.

Onun fikrincə, Avarayr döyüşü şəklinin qarşısında təşkil edilən tamaşa və onun məzmununa xüsusi diqqət yetirilməsi təsadüfi hadisə ola bilməz. Beləliklə, ABŞ simvollar səviyyəsində bu mesajları mükəmməl oxuyan, düzəldən, lakin şiddətli reaksiya verməyən iranlılara mesaj verdi.

"Bildirmək lazımdır ki, xalqımızın İrana qarşı mehriban hissləri var və bu heç bir şəraitdə dəyişməyəcək. Hakimiyyət gəlib-gedir, amma Ermənistan-İran dostluğunun, münasibətlərinin böyük tarixi var. Ermənistanda bəyanatlar verilərkən və ya simvolik mesajlar səsələndirərkən bu reallıqlar nəzərə alınmalıdır”, - iranlı ekspert hesab edir.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi rəsmi səfəri çərçivəsində Tsitsernakaberd memorial kompleksini və qondarma "eməni soyqırımı” muzeyini də ziyarət edib, Milli Məslisdə geniş tərkibdə görüş keçirib, parlamentin sədri ilə şəxsi söhbəti olub. Daha sonra o, Qafesciyan İncəsənət Mərkəzində olub, axşam isə müxalifətçi deputatlarla görüşüb. Pelosini Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan da qəbul edib.
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR