Nəhəng avtomobil istehsalçısı zavodları bağlamağa başladı

Nəhəng avtomobil istehsalçısı zavodları bağlamağa başladı
  • DÜNYA

ABŞ-ın iri avtomobil istehsalı konserni "General Motors" (GM) 2020-ci ilin sonuna xərclərin azaldılması, kütləvi ixtisarlar və qeyri-rentabelli avtomobil markalarının buraxılmasının dayandırılması hesabına sərbəst gəlirlərin 6 milyard dollar artırılmasını qarşısına məqsəd qoyub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, "General Motors"un baş direktoru Meri Barra deyib: "Biz şirkətimizin uzunmüddətli uğuru üçün dəyişən bazar şərtlərini qabaqlamağın zəruriliyini anlayırıq".
"General Motors" ötən 4 ildə krossover, yolsuzluq avtomobilləri və yük maşınlarının istehsalını artırmaq üçün 17,6 min əməkdaşın çalışdığı müvafiq müəssisələrə 6,6 milyard dollar investisiya yatırıb. 2019-cu ildə həmin resurslar ayrılmayacaq, bu isə o deməkdir ki, Detroyt, Ohayo ştatı və Oşava şəhərindəki zavodlar bağlanacaq. Şimali Amerika hüdudlarından kənarda daha iki zavod da işini dayandıra bilər. İlin əvvəlində şirkət Cənubi Koreyanın Kunsan şəhərindəki zavodun bağlanmasını elan etmişdi.
Artıq GM əməkdaşlarının 15 faizinin ixtisarına başlayıb. "Reuters" agentliyi "General Motors"un populyar olmayan 6 modelin - "Chevrolet Volt", "Chevrolet Impala", "Chevrolet Cruze", "Cadillac CT6" və XTS, həmçinin "Buick LaCrosse"nin buraxılışını dayandırdığını xəbər verir.
Xatırladaq ki, "General Motors" dünyada iri avtomobil konsernlərindən biridir. Şirkətin 30 ölkədə müəssisələri var.
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR