Neftin qiymətləri kəskin ucuzlaşa bilər – PROQNOZ

Neftin qiymətləri kəskin ucuzlaşa bilər – PROQNOZ

Ekspertlər OPEK-in Vyana sammitində hasilatın azaldılması ilə bağlı qərarın qəbul ediləcəyinə ümid etmirlər.

Qlobal bazarda neftin qiymətləri noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək növbəti OPEK sammitindən sonra 25 dollar/barelə qədər enə bilər.

Aktual.az  xəbər verir ki, "Report”un analitik qrupu hesab edir ki, buna səbəb neft hasilatçısı olan ölkələr arasında hasilatın məhdudlaşdırılmasına dair ortaq fikrə gəlməkdə yaranan çətinliklərdir.

Belə ki, hasilatçı ölkələrin hər biri digər ölkələri hasilatı azaltmağa çağırır, özü isə hasilatı sürətlə artırmağa davam edir. Oktyabrda OPEK üzrə gündəlik hasilat 34 milyon barelə yaxınlaşıb, Rusiya 11,22 milyon barel/gün hasilatla postsovet dövrünün maksimal həddinə çatıb, Liviya və Nigeriya neft hasilatını bərpa edərək bazara əlavə 800 min barel neft ötürüb, İraq və İran isə öz növbəsində hasilatı sürətlə artırmağa davam edir. 

Bununla yanaşı, hasilatçı ölkələrin rəsmiləri hasilatın məhdudlaşdırılmasının zəruriliyi, hətta bu prosesdə razılaşmanın əldə edilməsinə yaxın olduqlarını səsləndirirlər.

Analitik qrup hesab edir ki, neft qiymətlərinin artması və 50 dollar/barelə yaxınlaşması, həmçinin ABŞ-da şist neft hasilatı artdığı üçün qiymətlərin maksimal həddinin yaxın illərdə 40 dolları keçməyəcəyi proqnozlaşdırılır. 

Vyana sammitində isə hasilatçı ölkələrin qış mövsümünün başlaması ilə əlaqədar neftə tələbin artması fonunda hasilatın məhdudlaşdırılmasına dair qərarın alınmayacağı və neft bazarında yaranmış vəziyyətin bir qədər də təhlil edilərək növbəti iclasda bu məsələyə yenidən baxılacağı qərarının alınması gözlənilir. 

Sammitdə razılaşmanın əldə edilməyəcəyinə digər səbəb isə neft bazarı uğrunda gedən kəskin mübarizədir. Məhz bu səbəbdən heç bir iri neft hasilatçısı hasilatını məhdudlaşdırmağa razı olmayacaq.

Belə ki, İran və İraq prosesə qoşulmayacağını bildirib, bu isə Səudiyyə Ərəbistanının öz hasilatını azaldaraq prosesə dəstək verməsinə gətirib çıxarır ki, bunun da mümkün olmayacağı bəllidir. 

Üstəlik, hər iki tərəf hazırda qeyri-rəsmi müharibə içindədir. Hazırda dünya neft hasilatında liderliyə sahib olan Rusiyanın isə maliyyə problemləri səbəbi ilə hasilatı azaltmayacağı dəqiqdir. Bu ölkənin rəsmiləri mütəmadi olaraq hasilatın azaldılması deyil, dondurulmasına dəstək verəcəyini bildiriblər.

"Sadalanan amillər nəzərə alındıqda neft bazarında 2016-cı ilin sonu və 2017-ci ildə gərginliyin maksimal həddə çatacağı gözlənilir. Vyana sammitindən sonra neft qiymətlərinin kəskin azalacağı, 2017-ci ildə isə hətta 25 dollar/barelə qədər enəcəyi real görünür”, - deyə agentliyin ekspertləri qeyd ediblər.
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR