Neftin qiyməti 51 dolları keçdi

Neftin qiyməti 51 dolları keçdi

Dünya bazarında "Brent" markalı neftin qiyməti 51 dollar/barel həddini keçib.

Aktual.az report-a istinadən bildirir ki, buna səbəb yay mövsümünün gəlməsi ilə tətilə çıxan insanların sayının artması nəticəsində benzinə tələbatın yüksəlməsi və Nigeriyada yenidən silahlıların neft infrastrukturuna zərər yetirməsi xəbərləri göstərilir.

"Brent" markalı neft ən son 2015-ci ilin oktyabrın 12-də 51 dollar/bareldən baha satılıb. Daha sonra qlobal maliyyə böhranı fonunda enişə keçən neft qiymətləri 2016-cı il yanvarın 20-də 27,10 dollar/barelə çataraq son illərin minimal səviyyəsinə enib. Hazırda neft qiymətləri bu minimal səviyyədən 89% yüksəlib.

Xatırladaq ki, "Brent"in qiymətinin tarixi maksimal səviyyəsi 2008-ci ilin iyulunda 147,50 dollar/barel təşkil edib. Hazırda "Brent" bu səviyyədən 65% aşağı düşüb. "Report"un analitik qrupu "Brent" markalı neft qiymətinin 55 dollar/barelə qədər yüksələcəyini ehtimal edir.

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR