Neftçilərə şad xəbər: həbs qərarı götürüldü

Neftçilərə şad xəbər: həbs qərarı götürüldü

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı öz fəaliyyətini bərpa edib.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, təşkilat tam gücü ilə işləyir: "Düşünürəm ki, bu gün Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafında yeni bir mərhələdir. Biz də əvvəlki gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik. Bununla əlaqədar, bu sahədə çox böyük zəhməti olan qurumlara təşəkkürümü bildirirəm.

M.Qəhrəmanlı deyib ki, təşkilatın artıq bir layihəsi Ədliyyə Nazirliyində qeydiyyata alınıb: "3 il müddətinə nəzərdə tutulan bu layihə əmək qanunvericiliyinin icra mexanizmlərinə ictimai nəzarətin təşkilidir. Bu layihə hasilat sənayesində böyük bir sahəni əhatə edəcək".

Xatırladaq ki, ötən il QHT-lərlə bağlı yoxlamalar aparılırdı. Bununla əlaqədər, ötən il iyul ayının 8-də Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının hesabına və Mirvari Qəhrəmanlının depozit hesabına həbs qoyulmuşdu. Yoxlanıldıqdan sonra bu il sentyabrın 8-də təşkilatın hesabına və Mirvari Qəhrəmanlının depozit hesabına qoyulan həbs Nəsimi Rayon Məhkəməsinin qərarı ilə götürülüb. Həmin hesabda təşkilatın mədən sənayesində şəffaflığın artırılması layihəsi var idi. Bu layihə ölkəmizin şəffaflıq təşəbbüsünə qoşulması ilə əlaqədar reallaşdırılan layihələrdən biri idi və çox önəmli layihə idi. Layihə ilə bağlı fəaliyyət artıq davam etdiriləcək.

Xəbər 669 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR