“Neftçi” baş məşqçisi ilə yollarını ayırıb

“Neftçi” baş məşqçisi ilə yollarını ayırıb
  • İDMAN

Komandanı mövsümə mən hazırlamışam. Heyəti də özüm formalaşdırmışam. Lakin 1 həftə əvvəl klubla müqaviləmə xitam verilib.

Aktual.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Ziya Rəcəbov deyib.
Gənc mütəxəssis ötən həftə tutduğu vəzifədən ayrılıb. Onun "ağ-qaralar"dan ayrılmasında isə sələfi Elçin Orucov xüsusi rolu olub. Belə ki, Rəcəbovun gəlişindən sonra inzibati direktor təyin olunan çalışdırıcı çempionatın startı ərəfəsində yenidən postuna qayıdıb. Bunu onun istəyi ilə edildiyi bildirilir.
Rəcəbov isə klubdan ayrılan zaman hansısa problemlə üzləşmədiyini deyib. Onun sözlərinə görə, komandadan ayrılmasında büdcənin də rolu olub. Çünki Orucov da komandada yer aldığından rəhbərlik hər 2 mütəxəssisi "Neftçi"də saxlamaq istəməyib. Elçinin "Neftçi"ni 8 dəfə ölkə çempionu etməsi, həmçinin əməkdar məşqçi olması əsas gətirilərək, Rəcəbovla yollar qarşılıqlı razılıq əsasın ayrılıb.

Qeyd edək ki, "Neftçi" ölkə çempionatının ilk turunda "Lokomotiv"ə 0:3 hesabı ilə məğlub olub.
Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR