Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrıldı

Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də "Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Aktual.az xəbər verir ki, qırx dörd min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
 
Aktual.az
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR