Neftaçalada qanunsuz balıq ovuna görə "aksiya"

Neftaçalada qanunsuz balıq ovuna görə

Neftçalada bir qrup balıqçı etiraz aksiyası keçirməyə cəhd edib.

Aktual.az APA-yaistinadən bildirir ki, balıqçılar bildiriblər ki, etirazlarının səbəbi dənizdə balıq ovuna qadağa qoyulmasıdır.

Onların sözlərinə görə, bu gün saat 10 radələrində balıq ovu ilə məşğul olan 200-ə qədər şəxs şəhər mərkəzinə toplaşıb, balıq ovuna icazə verilməsini istəyib.

Balıqçılar bildiriblər ki, yerli ekologiya idarəsi tərəfindən qoyulan qadağanın səbəblərinə heç kim aydınlıq gətirmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji resursların artırılması və mühafizəsi Departamentinin derektoru Rasim Həsənov açıqlamasında etiraz edən şəxslərin qanunsuz balıq ovu ilə məşğul olmaq istədiklərini bildirib:

"Onlara icazə verilməməsi o deməkdir ki, qanunsuz balıq ovu ilə məşğul olanların, brakonyerliyin qarşısı tərəfimizdən alınır.

Biz qanun çərçivəsində bu şəxslərdən tələb edirik ki, qanuni prosedurlara əməl etsinlər, sadələşdirilmiş qaydada balıq ovlama bileti alsınlar.

Bizim balıq ovu ilə məşğul olanlardan yeganə tələbimiz budur. Hər şeyi qanun çərçivəsində həll etmək mümkündür. Bir daha qeyd edirəm, hər bir balıqçı qanuna müvafiq qaydada balıq ovlama bileti almalıdır.

Onu da bildirmək istəyirəm ki, bizin ehtimalımıza görə, bununla razılaşmayanlar, bu aksiyanı təşkil edənlər rayonda qanunsuz balıq ovuna himayədarlıq edənlərdir. Digər tərəfdən, biz qanuni tələbləri irəli sürməyə də bilərik, amma brakonyerlik baş alıb gedəndə deyilməsin ki, siz hara baxırsınız.

Lakin bu, çıxış yolu deyil. Balıqçılar yerlərdəki qanunsuz balıq ovuna dəstək verən və belə aksiyalar təşkil edən bəzi himayədarlarının fitnəsinə getməsinlər. Hər kəs sadəcə qanunun tələblərinə əməl etməlidir".

Xəbər 610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR