Neft nəhənginə 225 milyon dollar cərimə kəsildi

Neft nəhənginə 225 milyon dollar cərimə kəsildi

Neft nəhəngi ExxonMobil şirkətinə ətraf mühitin çirklədilməsinə görə 225 milyon dollar milqdarında cərimə kəsilib.

Aktual.az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə qərar Nyu-Cersi məhkəməsi tərəfindən ExxonMobil şirkəti və ştat arasında olan razılşma əsasında çıxarılıb.

Nyu-Cersinin ətraf mühitin qorunması departamenti ExxonMobil şirkətinə qarşı iddianı 2004-cü ildə irəli sürmüşdü.

Əvvəlcə Nyu-Cersi ştatı şirkətdən 9 milyard dollar kompensasiya tələb edirdi, ancaq nəticədə çox daha kiçik məbləğə razılaşdı.

 
Xəbər 661 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR