Neft kəskin ucuzlaşa bilər

Neft kəskin ucuzlaşa bilər

Neftin qiymətləri "Brexit" referendumunun nəticlərinin açıqlanmasından sonra azalma tendensiyasını Norveç və İrandan gələn xəbərlərlə bitirərək yüksəlişə başlayıb. 

Aktual.az Report-a istinadən xəbər verir ki, son iki iş günündə 6,7% azalaraq 47,30 dollar/barelə çatan "Brent" markalı neftin qiyməti hazırda bu səviyyədən 2,3% yüksəkdir.

Neftin qiymətinin yüksəlməsinə səbəb Norveçdə 7 neft-qaz yatağında fəhlələrin tətil keçirmək istəməsi olub. Tətilə səbəb əmək haqqının artırılması ilə bağlı tələb olduğu bildirilir. Tətilin başlanması iyulun 2-nə planlaşdırılsa da, iyunun 30-u və iyulun 1-də danışıqların baş tutacağı gözlənilir. 

Xatırladaq ki, əgər tərəflər əmək haqqı ilə bağlı problemin həllində razılığa gəlməsə, tətil nəticəsində neft hasilatının azalacağı ehtimal edilir. "Reuters" agentliyindən verilən məlumata əsasən, tətil keçirilməsi planlaşdırılan yataqlarda Norveçin neft hasilatının 18%-i, qaz hasilatının isə 17%-i həyata keçirilir.

"Bloomberg" agentliyinin verdiyi məlumata əsasən, 2016-cı ilin aprel-may aylarında gündəlik 2 mln. barel neft hasil edən İran, iyunun 1-20-də hasilat 20% azalma göstərib. Ölkəyə tətbiq edilən sanksiyaların ləğv edilməsindən sonra Avropa ölkələrinə neft ixracını gündəlik 350 min barel/günə qədər yüksəldən İranın iyunun 1-20-də ixracı 18,6% azalaraq gündəlik 285 min barelə enib. Agentlik hesab edir ki, neft bazarından əldə olunan son məlumatlar neftə tələbatın azaldığını göstərir. Əgər neft hasilatı da öz növbəsində azaldılmasa, təklifin tələbi üstələməsi neft qiymətlərini kəskin şəkildə aşağı salacaq.

Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR