Neft Fondunun AÇG-dən gəlirləri açıqlandı

Neft Fondunun AÇG-dən gəlirləri açıqlandı

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 4 milyard 728 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə Aktual.az-a Fonddan məlumat verilib.
Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 901 milyon ABŞ dolları və yaxud 28,7 % azdır.
Xatırladaq ki, ötən ilin 8 ayında Neft Fondu AÇG-dən 6 milyard 629 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), "MOL Group” (9,57 %) INPEX (9,31 %), "Equinor” (7,27 %), "ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
Xəbər 637 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR