Nazirlikdən karxana sahiblərinə XƏBƏRDARLIQ

Nazirlikdən karxana sahiblərinə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Qaradağ Səhmdar Cəmiyyətinə məxsus 11 daş karxanasında atmosfer havasında olan toz miqdarını müəyyən etmək məqsədilə monitorinqlər keçirib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında ETSN-in Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev deyib.

Onun sözlərinə görə, monitorinqin nəticələrinə əsasən həmin ərazilərdə fəaliyyət göstərən bəzi karxanalarda tozun miqdarı 10-15, bəzilərində isə 25-30 dəfə normadan artıq müəyyən edilib: "Bu karxanalarda vəziyyət acınacaqlıdır. Dəzgahlar olduqca köhnədir. Orada işləyən fəhlələr qoruyucu nəfəsliklərdən istifadə etmirlər. Bununla bağlı həmin karxana sahiblərinə xəbərdarlıq edildi. Əks təqdirdə, onlar barədə qanunvericiliyə uyğun tədbir görüləcək".
 
Aktual.az 
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR