Nazirlikdən “Bank Standard”ın vergi borcu barədə açıqlama

Nazirlikdən “Bank Standard”ın vergi borcu barədə açıqlama

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin vergi borcu yoxdur. 

Aktual.az  xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Vergilər Nazirliyindən bildiriblər.

Bankın Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinə gəlincə isə, adı çəkilən qurum bu məlumatın bank sirri olduğunu əsas gətirərək açıqlamayıb. 

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”ın lisenziyasını sentyabrın 30-da ləğv edib. Hazırda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nəzarəti altında bankın məcburi ləğvetmə prosesi gedir. 

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR