Nazirlikdən ağır xəstə olan Kənan Hacıya şad xəbər

Nazirlikdən ağır xəstə olan Kənan Hacıya şad xəbər
  • TABLO2

Dövlət hepatit C virusuna yoluxmuş şəxslərin müalicəsini öz üzərinə götürüb. İctimai Səhiyyə və İslahatlar mərkəzi bu xəstələri pulsuz müayinə etdikdən sonra lazımi dərmanlarla təmin edir.

Aktual.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Ümumi şöbəsinin inspektoru Xalidə Hüseynova yazıçı Kənan Hacının Hepatit C virusuna yoluxması və müalicəsinə yardım edilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə xüsusi Komissiya yaradılıb:

“İctimai Səhiyyə və İslahatlar mərkəzi bu xəstələri pulsuz müayinə etdikdən sonra lazımi dərmanlarla təmin edir. Həmin mərkəz 20 Yanvar metrosunun yaxınlığında – Bakı şəhəri H.Zərdabi küçəsi 96 ünvanında yerləşir. Xəstələr mərkəzə ərizə ilə müraciət edib, xidmətlərdən yararlana bilərlər”.
 

Xatırladaq ki, gənc yazar Kənan Hacı Aznevs.az saytına açıqlamasında Hepatit C virusundan əziyyət çəkdiyinin, xəstəliyinin şiddətləndiyini, iş qabiliyyətini itirdiyini bildirmiş, müalicəsinə yardım olunmasını xahiş etmişdi.

 
Xəbər 959 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR