Həyatımın redaktə planı - Ceyhun Musaoğlu

Həyatımın redaktə planı   - Ceyhun Musaoğlu
  • TABLO2

Məzuniyyətdən qayıtdım. Gedəndə 5 kitab oxuyacağımı, 3 hekayə yazacağımı bildirmişdim. Bir də həyatımın redaktə planını hazırlamalıydım. Nəzərdə tutduğum romanlardan 3-nü - Svetlana Aleksiyeviçin "Müharibə qadın simalı deyil",Lev Tolstoyun"Dirilmə", Le Clezionun "Səhra" romanlarını oxuya bildim. Hekayələrdən də yalnız birini yazdım. Həyatımın redaktə planı isə hazırdır. Buyurun, təqdim edirəm:

1."Bilirəm" deməyəcəksən – səbr bu mərhələdən başlayır.
2. İşə 10 dəqiqə tez başlayacaqsan.
3. İşdən 10 dəqiqə gec çıxacaqsan.
4. Səhərki 10 dəqiqəni görəcəyin işlərin siyahısını hazırlamağa xərcləyəcəksən.
5. Axşamkı 10 dəqiqəni siyahıda əksini tapan işlərdən həyata keçirilənlərin üstündən qırmızı ilə xətt çəkəcəksən. 
6. Hər gün 70 səhifə mütaliə edəcəksən.
7. Şənbə günü 15:00-dan sonra bazar ertəsi 8:00-a qədər kompyüteri açmayacaqsan.
8. Heç vaxt tələsməyəcəksən.
9. Daha çox dinləyəcəksən.
10. Nahar fasiləsində 30 dəqiqə gəzəcəksən.
11. Axşam yeməyindən sonra 5 kilometr yeriyəcəksən.
12. Danışmamışdan əvvəl deyəcəyin cümləni mütləq quracaqsan.
13. Səmimiyyətdən vaz keçməyəcəksən.
14. Simandan gülüş əksik olmayacaq.
15. Az düşünəcəksən.
16. Beynində qurduğun planı həyata keçirəcəksən.
17. Həyata keçirməyəcəyin işi beynində plan kimi qurmayacaqsan.
18. Geyimini rahatlıq üçün seçəcəksən.
19. Maşını sürətlə idarə etməyəcəksən.
20. Yaşadığın məkanı ildə iki dəfə 10 günlük dəyişəcəksən.
21. Dövlətin mənafeyini heç nəyə dəyişməyəcəksən.
22. Spirtli içkin həftədə 2 dəfə cəmi 150 qram olacaq.
23. Axşam 7-dən sonra ancaq su içəcəksən.
24. Səhər 7-dən sonra həm də su içəcəksən.
25. Çay içməyəcəksən, qənddən istifadə etməyəcəksən, çörək yeməyəcəksən.
26. Axşam ürəyin neçədə istədi onda da yatacaqsan.

Xəbər 2192 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR