Nazirlikdən 1 saylı Körpələr evi ilə bağlı AÇIQLAMA

Nazirlikdən 1 saylı Körpələr evi ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr evi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

Aktual.az
-ın xəbərinə görə, nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, aparılan araşdırmaların nəticəsində görüntülərin həqiqəti əks etdirmədiyi məlum olub.

Onun sözlərinə görə, görüntülər təhrif edilib: "Görüntülərdən aydın olur ki, Körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezleri məsələsinə gəlincə, oradan 0-1 ölçülü bezlər 3-4 ölçülü bezlərlə dəyişdirilməsi üçün aparılıb".
 
Aktual.az
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR