Nazirlik: Tələbə qəbulu üzrə dövlət sifarişli yerlərin sayı 66,1% artıb

Nazirlik: Tələbə qəbulu üzrə dövlət sifarişli yerlərin sayı 66,1% artıb

"Ötən ilə nisbətən bu il dövlət sifarişi 66,1% artıb".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev media nümayəndələri üçün təlimdə deyib.
Onun sözlərinə görə, yeni qəbul planında dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 8150 yer artıb: "Yəni 2017-2018-ci tədris ilində bu yerlərin sayı 12 324 idisə, yeni plana əsasən, 2019-2020-ci tədris ilində bu rəqəm 20 474 yer təşkil edir. Bu da o deməkdir ki, ötən il qəbulun 50faizi dövlət sifarişli yerlər olub".
Y.Piriyev qeyd edib ki, beş il bundan əvvəl qəbul imtahanında 9 nəfər 700 bal toplamışdısa, 2018-2019-cu ildə 29 nəfər maksimal balı toplayıb: "Beş il əvvəllə müqayisədə 2018-ci ildə 600-dən çox bal toplayanların sayı 23%-dən 83 %-ə qalxıb. Özəl universitetlərdə də qəbul planı 40 %-dan 60 %-dək artıb". 
Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR